`Kürdlərlə koalisiya qurmağa hazırıq` - AKP
“Hazırkı mərhələdə növbədənkənar seçkilərin keçirilməsi üçün əsas görmürük. Mövcud şərtlərdə koalisiya hökuməti yaratmağa cəhd edəcəyik. Və bu Xalqların Demokratik partiyası (HDP) olmadan mümkün deyil”, - deyə Kurtuluş bildirib.
Baş nazirin müavini əlavə edib ki, Türkiyənin yeni konstitusiyaya ehtiyacı var: “Biz xalqın fikrinə hörmət edirik. Biz xalqın seçiminə hörmət edərək yeni idarəetmə formasına keçməli və bütün demokratik islahatları yekunlaşdırmalıyıq”.
Eldar Tanrıverdiyev
Azvision.az