Senator Con Makkeyn öldü

Senator Con Makkeyn öldü
  08 İyun 2015    Oxunub:4596
Amerikalı siyasətçisi, Arizona ştatından senator, 2008-ci il ABŞ Prezident Seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Con Makkeeyn dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, 79 yaşlı siyasətçi ötən gün axşam saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Artıq ABŞ prezidenti barak Obmama onun ölümü ilə bağlı ailəsinə başsağlığı verib.

Con Makkeyn 1936-cı il avqustun 29-da anadan olub. Senator Makkeyn 1954-cü ildə Ali Yepiskop Məktəbini bitirib. Sonra o, atasının yolunu davam etdirərək 1958-ci ildə ABŞ Donanma Akademiyasını bitirib. C.Makkeyn Vyetnamda əsirlikdən azad ediləndən sonra onu prezident Riçard Nikson şəxsən özü qarşılayıb.

C.Makkeyn həmçinin qeyri-adi igidliklərinə görə də məşhurdur. 1967-ci il iyulun 29-da onun da yerləşdiyi təyyarəyə raket zərbəsi endirilib. Makkeyn isə təyyarənin burnu tərəfə keçərək oradan tullanıb. Sonra isə partlayış nəticəsində təyyarədə dəhşətli yanğın baş verib və 134 dənizçinin həyatına son qoyub. Amma elə həmin ildə o güllə yarası alıb və Vyetnamda Hanoy şəhərində 5 il 6 ay ərzində əsirlikdə saxlanıb. Güllə yarasından, qəzəbli kütlənin təpiklərindən, onu əsir götürən hərbçilərin bir il sürən dəhşətli işgəncələrindən sağ çıxan C.Makkeyn 1973-cü ildə azadlığa buraxılıb.

Siyasi baxışlarına gəlincə, Makkeyn kifayət qədər ziddiyətli şəxsiyyətdir. Öz baxışlarında özünü sərbəst hiss etməsi üzündən çoxları iddia edirlər ki, onun yalnız adı respublikaçıdır, reallıqda isə fərqli birisidir.

C.Makkeyn vaxtaşırı C.Buşun ünvanına sərt ittihamlarla çıxış edib. Küveytdə keçirilmiş ziddiyyətli görüşdən sonra C.Makkeyn müdafiə naziri Donald Ramsfeldin istefasını tələb etmişdi. Buna baxmayaraq, senator Makkeyn Buş administrasiyasının Səddam Hüseyni hakimiyyətdən salmaq barədə qərarını qəti şəkildə dəstəkləyib. Makkeyn Buşun xarici siyasətini ümumən dəstəkləyən senatorlardandır, 2008-ci ilin noyabrında prezident seçkilərində Barak Obamaya məğlub olur.


Teqlər:





Xəbər lenti