Azərbaycanlı tələbələrin çoxu Türkiyədə təhsil alır

Azərbaycanlı tələbələrin çoxu Türkiyədə təhsil alır
  03 İyun 2013    Oxunub:1457
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ən çox tələbə hazırda Türkiyədə təhsil alır.

AzVision.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, 2012/2013-cü tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 26 ölkədə 1170 nəfər tələbə təhsil alıb.

Onlardan 306-sı Türkiyə, 278-i Almaniya, 200-ü Böyük Britaniya, 126-sı Kanada, 46-sı Rusiya, 39-u İsveçrə, 35-i Fransa, 24-ü Cənubi Koreya, 18-i Niderland Krallığı, 17-si Avstraliya, 10-u Avstriya, 7-si Litva və İtaliya, 6-sı Çexiya, 5-i İsveç və İspaniya, 4-ü İrlandiya, 3-ü Malayziya və Finlandiya, 2-si Norveç, Yaponiya, Estoniya, Yeni Zelandiya, Sinqapur və Belçikanın hər birində isə 1 nəfər təhsilini davam etdirib.

Hökumətlərarası müqavilələr çərçivəsində 6 ölkədə 712 nəfər azərbaycanlı tələbə təhsil alır. Bunlardan 442 nəfər Türkiyə, 239 nəfər Rusiya, 26 nəfər Çin, 3 nəfər Misir, Çexiya və Slovakiyanın hər birində isə 1 nəfər təhsilini davam etdirir.

Nazirlik bildirib ki, ən çox tələbə hazırda Türkiyə Respublikasında təhsil alır. "Bu ölkədə tələbələrimizin daha çox təhsil almasının əsas səbəbləri iki ölkə arasındakı tarixi, dil və mədəni baxımından yaxınlığın olması, Türkiyənin inkişaf prosesindəki təcrübənin öyrənilməsinin aktuallığı və həmin ölkənin səfərlərin edilməsi baxımından əlverişli coğrafi məsafədə yerləşməsidir".

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti