Yeni doğulmuş körpəni manqalda yandırdılar

Yeni doğulmuş körpəni manqalda yandırdılar
  08 İyun 2015    Oxunub:2398
ABŞ-da 16 yaşında yeniyetmə qız 13 yaşında ailə fərdlərindən birinin təcavüzünə uğrayaraq hamilə qalıb.
Hadisə ABŞ-ın Texas ştatında baş verib. Təcavüzə məruz qalmış qız utandığı və qorxduğu üçün başına gələnləri heç kimə izah etməyib. Ancaq aradan bir müddət keçdikdən sonra ailə qızın hamilə olduğunu fərq edib.

Vəziyyəti ört basdır etmək istəyən ailə qızın uşağı abort etdirməsi üçün təzyiq göstərib. Ancaq buna baxmayaraq qız fikrindən dönməyib və uşaq dünyaya gətirmək istəyib. Ailə isə qəti olaraq bu uşağın dünyaya gəlməsini istəməyib və məcburi olaraq qıza dərman içirdib.

Qız dərmanları içməkdən də imtina edib. Bundan sonra isə ailə 6 saat davam edən işgəncə ilə körpənin ölümünə səbəb olub. Qız baş aşağı tutuaraq sallandırılıb. Ailə üzvləri daha sonra onun qarınına saatlarla təpik vurub. Acı içində yerdə qıvrılan qızın səsi çıxmasında deyə ağzını yastıqla bağlayıblar. Əvvəl qusan, sonra qanama keçirən qız körpəsini ölü olaraq dünyaya gətirib.

Vəhşilik bununla da bitməyib. Ailə vəziyyətin başa düşülməməsi üçün körpənin cəsədini manqalda yandırıb.
(Ans)


Teqlər:





Xəbər lenti