Elnur Kardaşyanın bacısı ilə oxuyacaq

Elnur Kardaşyanın bacısı ilə oxuyacaq
  09 İyun 2015    Oxunub:2676
8-14 iyunda Antalyada keçirilən "Business Holiday"da Azərbaycanı iki dəfə "Eurovision"da təmsil etmiş Enur Hüseynov da iştirak edəcək.
Axşam.az-ın məlumatına görə, iş adamı Hikmət Eraslanın rəhbəri olduğu "Dosso Dossi Fashion Show"nun təşkilatçılığı ilə baş tutan dəfiləyə erməni model Kim Kardaşyanın ögey bacısı Kendall Cenner də qatılacaq. O, səhnədə E.Hüseynovla duet oxuyacaq.

H.Eraslanin sözlərinə görə, onlar K.Kardaşyanı da gətirmək istəyiblər:

"Hətta anası, həyat yoldaşı və meneceri ilə son nöqtəyə kimi gəlmişik. Rədd edə bilməyəcəkləri bir təklif etsək, bəlkə də gələr".

Şouda Elnur və Cennerdən başqa rus müğənni Filipp Kirkorov və digər dünya ulduzları da səhnəyə çıxacaq.

Qeyd edək ki, K.Cenner Kim Kardaşyanın şotland əsilli anası Kris Cennerin ABŞ-lı atlet Brüs Cennerdən olan böyük qızıdır.


Teqlər:





Xəbər lenti