Nemtsovun qızı Rusiyadan getdi

Nemtsovun qızı Rusiyadan getdi
  09 İyun 2015    Oxunub:1905
Fevralın 28-də öldürülən rusiyalı müxalifətçi Boris Nemtsovun böyük qızı Janna Nemtsova Rusiyanı tərk edib.
AzVision.az-ın məlumatına görə, Nemtsovun qızı “The Times” qəzetinə müsahibəsində bildirib ki, o, ona qarşı hədələrdən sonra ölkədən getmək barədə qərar qəbul edib.

“Normal yaşamaq istəyirsinizsə, siyasətə qarışmayın! Sizin atanız biz, 139 milyonun ona nifrət etməsi üçün əlindən gələni edib”, - deyə Nemtsovun qızı sosial şəbəkələr vasitəsilə ona göndərilən hədələrdən birini oxuyarkən qeyd edib.

Nemtsova atasının öldürülməsinə görə siyasi məsuliyyətin Kremlinin daşıdığını da bildirilib.

Netmtsovanın işlədiyi “RBK” telekanalı bəyanat verib ki, onlar jurnalistin vətənə qayıdıb-qayıtmayacağını bildirirlər.

Xatırladaq ki, fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən açılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib. Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti