Kredit reklamları qadağan olunur

Kredit reklamları qadağan olunur
  09 İyun 2015    Oxunub:2439
Rusiya Dövlət Dumasının `Ədalətli Rusiya` fraksiyasının rəhbəri Sergey Mironov küçə reklamları, SMS-göndərmələr və digər daşıyıcı vasitələrlə kreditlərin reklamının qadağan edilməsini təklif edib.
Bu barədə AzVision.az “İzvestiya” qəzetinə istinadən xəbər verir.

Qanun layihəsinə əsasən kredit və borcların reklamının yayılmasına görə cərimələr tətbiq olunacaq. Fiziki şəxslər üçün cərimənin miqdarı 5 min rubl, fərdi şəxslər üçün 50 min rubl, hüquqi şəxslərin üçün isə bir milyon rubla qədər cərimənin tətbiq olunması nəzərdə tutulur.

Banklar öz xidmətlərini yalnız öz ofis və filiallarında reklam edə bilərlər.

Bildirilir ki, böhran vaxtı istehlak kreditlərinin küçə, televiziya və radio, SMS-göndərmələr, vərəqələr, elanlarla reklamı kütləvi sosial təxribat xarakteri alıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti