Cinayətkar Devid və Riçard tuneldə onları axtaranlar üçün üzərində “smayl” olan kağız parçası qoyublar. Kağızın alt hissəində `Xoş günlər` ifadəsi yazılıb.
Hökümət qüvvələri təhlükəli cinayətkarların tutulmasına yüz min dollar mükafat təyin edib.
Hazırda onların axtarışına iki yüzə yaxın polis və vertolyotlar cəlb edilib.
Qeyd edək ki, bu günə kimi yüksək səviyyədə qorunan Klinton türməsi XIX əsrdən bu yana 150 ildir ki, fəaliyyətdədir və Kanada ilə sərhəddə yerləşir. Buna görə qaçanların sərhədi aşaraq Kanadaya keçməsi də ehtimal edilir.