Peykimiz gəlir gətirib

Peykimiz  gəlir gətirib
  03 İyun 2013    Oxunub:926
“Azərbaycan məktəblərinin geniş zolaqlı internetə qoşulması həyata keçiriləcək”.

“Azərbaycan telekomunikasiya peyki göydədir. Ondan artıq gəlir götürülüb”.

AzVision.az xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Onun sözlərinə görə, hazırda Şimali Afrika ölkələrinə peyk vasitəsilə xidmət göstərilir: “Artıq 5 mln. dollarlıq ilkin gəlir götürülüb. Bu məbləğ peyki hazırlayan ABŞ şirkətinin kreditinə yönləndirilib”.

Nazir elektron xidmətlərdən də danışıb. O, bildirib ki, elektron xidmətlərin əhaliyə çatdırılmasını 80 faizə çatdırılması planlaşdırılır. “Hazırda bu 20 faizdir. Biz bunu 2018-2020-ci illərdə 80 faizə kimi artıracayıq”

Əli Abbasovun sözlərinə görə, gələn ilin sonuna kimi Azərbaycan məktəblərinin geniş zolaqlı internetə qoşulması prosesi həyata keçiriləcək.

Anar


Teqlər:  





Xəbər lenti