Putin Papa ilə görüşə gedir

Putin Papa ilə görüşə gedir
  09 İyun 2015    Oxunub:1460
Rusiya prezidenti Vladimir Putin iyunun 10-u Vatikana səfər edəcək və Roma Papası Fransisklə görüşəcək.
AzVision.az `TASS` agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında prezidentin köməkçisi Yuriy Uşakov bildirib.

“Görüşdə ikitərəfli əlaqələrin bütün məsələlərini, həmçinin Ukraynada vəziyyət də daxil olmaqla aktual beynəlxalq problemlərin müzakirə ediləcəyi gözlənilir. Təbii ki, görüşdə Yaxın Şərqdə xristianların vəziyyəti, o cümlədən onların maraqlarının qorunması məsələləri də müzakirə ediləcək.

Mən sizə müzakirəsi görüşdə mümkün olan məsələləri açıqladım. Lakin ola bilsin ki, heç bu məsələlər müzakirəm olunmadı. Hər şey görüşün gedişindən asılı olacaq”, - deyə Uşakov qeyd edib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti