Yəhudi qadın Azərbaycan prezidenti olmaq istəyir

Yəhudi qadın Azərbaycan prezidenti olmaq istəyir
  03 İyun 2013    Oxunub:1501
Hüquqşünas, jurnalist, yazıçı, Azərbaycan-İsrail Beynəlxalq dostluq Assosiasiyasının üzvü Milana Qorenşteyn Azərbaycanda prezident seçkisində öz namizədliyini irəli sürmək niyyətindədir.

Milana Qorenşteyn bakılıdır və 1969-cu ildə Azərbaycanda anadan olub. 1988-ci ildə Nyu-Yorka, daha sonra Yerusəlimə köçüb. “Beynəlxalq Amnistiya” təşkilatının İsrail üzrə direktorlar şurasının üzvü olub. “Paralel dünyalar” adlı kitabın müəlifidir. Yerusəlimdə “Sevgi səltənəti” adlı cəmiyyət yaradıb və özünü Yerusəlimli II Mariya adı ilə onun kraliçası elan edib.

O, yeni yaratdığı “Sevgi Partiyası”nın namizədidir. Yeni yaradımış “Sevgi Partiyası”nın proqramı tezliklə ictimaiyyətə təqdim ediləcək. Azərbaycanda insan hüquqlarının yaxşılaşdırılması, qadınların və uşaqların hüquqlarının müdafiəsi, təbiətin qorunması, heyvanlara qarşı humanist münasibət, səhiyyə və təhsil sahəsində innovasiyalar, terrorizmlə mübarizə, xarici siyasətin balanslaşdırılması, Dağlıq Qarabağ münaqişəsinin yeni danışıq formatında sülh yolu ilə həlli partiyanın proqramının əsas bəndlərini təşkil edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti