Müxalifət AKP-dən üz döndərdi - seçki qaçılmazdır

Müxalifət AKP-dən üz döndərdi - seçki qaçılmazdır
  09 İyun 2015    Oxunub:2633
Türkiyədə keçirilən son parlament seçkisində hakim Ədalət və İnkişaf Partiyası (AKP) təkbaşına iqtidar ola bilmədi.
AzVision.az xəbər verir ki, bu zəmində hökümətin qurulması üçün AKP müxalifətlə koalisiya qurmalı, ya da yenidən seçki keçirməlidir.

Artıq koalisiya məsələsinə müxalifət partiyaları öz münasibətini bildirib.

Parlament seçkilərində səslərin 13,1 faizini toplayan Xalqların Demokratik Partiyası (HDP) hakim partiya ilə koalisiya hökuməti yaratmaqdan imtina etdiyini bəyan edib. HDP lideri Səlahəddin Dəmirtaş bildirib ki, əgər müraciət olsa HDP bundan imtina edəcəklər.

Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Qılıcdaroğlu da koalisya hökumətinin qurulması ilə bağlı açıqlama verib. O, Ədalət və İnkişaf Partiyası ilə koalisiya hökuməti qurmayacaqlarını bildirib.

Siyasətçi müxalifəti birləşməyə də çağırıb: “Biz siyasi liderlər emosionallıqdan əl çəkib, seçicinin verdiyi mesaja əməl etməliyik. Aramızda nə düşmənçilik, nə də dava-dalaş var. Artıq hər kəs üzərinə düşəni etməlidir. Xalqın bizdən tələbləri budur: birincisi, zorakılıq istəmirik. İkincisi, azadlıq istəyirik. Üçüncüsü, həyat tərzimizə müdaxilə istəmirik. Dördüncüsü, siyasi partiya liderləri olaraq ortaq məxrəcə gəlib, bizim maddi və mənəvi problemlərimizi həll edin”.

MHP sədri Dövlət Baxçalı isə partiya mərkəzində etdiyi açıqlamada koalisiya hökumətində yer almayacaqlarını söyləyib. Jurnalistlərdən biri "Mövcud cədvəl qarşısında 2 ehtimal danışırlar. Ya yenidən seçki, ya da koalisiya. Siz bu iki ehtimalı necə qiymətləndirirsiniz? AKP-dən sizə koalisiya təklifi gəlirsə cavabınız nə olar" sualını ünvanlayıb.

Dövlət Baxçalı isə cavabında koalisiya hökumətinə razı olmayacaqlarını bildirib. Seçki baryerini aşaraq parlamentdə yer alan müxalif partiyalar hakim partiyanın koalisiya hökuməti qurmaq istəyini ürəyində qoyub. Odur ki, AK partinin taleyi ikinci dəfə keçiriləcək parlament seçkilərindəki qutulardan çıxacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti