Suriya erməniləri Qarabağa yerləşdirilir

Suriya erməniləri Qarabağa yerləşdirilir
  09 İyun 2015    Oxunub:2082
Suriya erməniləri yalnız İrəvanda deyil, həm də Dağlıq Qarabağda yerləşdiriləcək.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hakim Respublika partiyasının deputatı Taçat Vardapetyan Ermənistan – Suriya dostluq qrupunun nümayəndələrinin Suriya səfərini şərh edərkən bildirib.

“Onların yaşaması və işləməsi üçün imkanlar həm vilayətlərdə, həm də Dağlıq Qarabağda var. Ənənəvi Suriya icmamızdan emiqrasiya bizim üçün elə də xoş olmasa da, Ermənistan hökuməti öz həmvətənlərini mümkün qədər ölkədə yerləşdirmək üçün əlindən gələn hər şeyi edir edəcək”.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti