“Türk axını” üçün 3,3 milyard pul lazımdır

“Türk axını” üçün 3,3 milyard pul lazımdır
  10 İyun 2015    Oxunub:1222
“Türk axını” layihəsinin ilkin mərhələsi 3,3 milyard avroya başa gələcək.
Layihənin inşası ilə bağlı Rusiya və Türkiyə arasında hökumətlərarası sənəd iyunun sonunda imzalanacaq.

Bu barədə “Qazprom”un vitse-prezidenti Aleksandr Medvedev məlumat verib.

“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetri Avropanın, 16 milyard kubmetri isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə olunacaq. Layihə üzrə ilk qaz nəqlinin 2016-ci ilin dekabrında həyata keçirilməsi planlaşdırılır.


Teqlər:





Xəbər lenti