Böyük Britaniyalı deputatlar Gəncədə

Böyük Britaniyalı deputatlar Gəncədə
  03 İyun 2013    Oxunub:1082
Avropa Azərbaycan Cəmiyyətinin Təmsilçiləri və Böyük Britaniyanın millət vəkilləri Gəncəyə səfər edib
Bu barədə AzVision.az-a Gəncə Şəhər İcra Hakimiyyədindən məlumat veriblər. Bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyətini Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev qəbul edib. Görüşdə həm sosial, həm də iqtisadi sahalər müzakirə predmeti olub.

İcra başçısı Elmar Vəliyev qonaqlara Gəncənin tarixi, maddi mədəniyyət abidələri, hazırda Gəncədə aparılan məqsədyönlü işlər haqqında məlumat verib. Şəhərin tarixinin araşdırılması və yaşının yenidən öyrənilməsi məqsədilə 4 min 452 hektar ərazidə aparılan arxeoloji qazıntı işləri və yeraltı fayton yollarının bərpası məsələsi də nümayəndə heyətinin diqqətinə çatdırılıb. Elmar Vəliyev Gəncədə vaxtilə yaşayıb-yaradan görkəmli şəxsiyyətlər haqqında nümayəndə heyətinə geniş məlumat verib.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlıq bildirən Böyük Britaniyadakı Azərbaycan Dosluğu Qrupunun rəhbəri Kristofer Pinçer Gəncəyə gələrkən Nizami Məqbərəsini ziyarət etdiklərini və orada yaradılan şəraitdən məmnunluq duyduqlarını dilə gətirib. Nümayəndə heyətinin sənaye müəssisələri ilə bağlı suallarına da aydınlıq gətirilib. Qonaqlar Det-Al Alüminium və Şərəb zavodunda olublar. Müəssisələrin iş şəraiti, istehsal gücü və imkanları ilə yaxından maraqlanıblar.

Böyük Britaniyadakı Azərbaycan Dosluğu Qrupunun rəhbəri Kristofer Pinçer Gəncədə olduqlarından məmnunluq duyduqlarını bildiriblər:“ Böyük Britaniya parlamentinin üzvləri kimi Gəncəyə səfərimizdən məmnunuq. Gəncədə olduğumuz qısa zaman ərzində qədim Gəncə torpağı haqqında, onun həm tarixi, həm də indiki vəziyyəti ilə bağlı geniş məlumat əldə etdik. Ümid edirik ki, Azərbaycanla Böyük Britaniya arasındakı mədəni, iqtisadi və siyasi əlaqələr daha da genişlənər”.

AzVision.az


Teqlər:  





Xəbər lenti