ASAN və BEGOC könüllülərindən Avropa Oyunlarına hədiyyə - VİDEOKLİP

Könüllülər bu klipi “Bakı-2015” İlk Avropa Oyunlarına hədiyyə ediblər.
Klipdə xalq artisti Samir Cəfərov, əməkdar artist Sevda Ələkbərzadənin duetinə sonuncu "Eurovision" təmsilçimiz Elnur Hüseynov da qoşulub. `Natiq-Ritm` qrupu da onları müşayiət edib.
Klipdə mahnı həm ingilis, həm də Azərbaycan dilində səsləndirilib.
Qeyd edək ki, mahnının sözləri Cəlal Qurbanova, musiqisi Muxtar Abseynova aiddir.
Teqlər: