Blatterin yerinə kim olacaq?

Blatterin yerinə kim olacaq?
  10 İyun 2015    Oxunub:1471
FİFA prezidentliyinə növbədəkənar seçkinin vaxtı məlum olub.
Trend-in BBC-yə istinadən yaydığı xəbərə görə, bu tədbir 2016-cl ilin dekabrın 16-da İsveçrənin Sürix şəhərində keçiriləcək. Səsvermədə FİFA üzvü olan 209 federasiyanın rəhbəri iştirak edəcək.

Qeyd edək ki, məlum korrupsiya qalmaqalından sonra FİFA-nın hazırkı prezidenti Yozef Blatter vəzifəsindən istefa verib. O, quruma yeni rəhbər seçilənə qədər vəzifəsini icra edəcək.

Hələlik qarşıdakı seçkidə İordaniya şahzadəsi Əli bin Əl-Hüsseyn iştirak edəcəyini açıqlayıb. O, ötən ay baş tutan seçkidə Blatterin rəqibi olub.


Teqlər:





Xəbər lenti