CHP azərbaycanlı iş adamını `qaralayıb`

CHP azərbaycanlı iş adamını `qaralayıb`
  10 İyun 2015    Oxunub:2358
Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin CHP-li üzvləri Azərbaycan əsilli iş adamı Rza Zərrabla bağlı nazirliyə sorğu göndərib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunan səbəb Kanlıcada Osmanlı zamanından qalan tarixi əsər kimi qorunan Əkiz köşkdəki edilən dəyişikliklərdir.

CHP-lilər Əkiz köşlərin tarixi bir əsəsr olduğunu diqqətə çatdıraraq burada hər hansı bir dəyişikliyin edilməsinin yolverilməz olduğunu bəyan ediblər. Sorğuda qeyd edilib ki, 3 mərtəbəli köşk, 4-ə qaldırılıb və lift qoyulub: “Bu ərazidə hər hansı bir vətəndaş restavrasiya işi aparsa 50 polis gedir, deyəsən bu qərarlar Rza Zərraba aid deyil” - deyə bildirilib.

Qeyd edək ki, Türkiyə qanunlara əsasən, qorunması vacib daşınmaz əmlakda hər hansı inşaat işi və müdaxilə qadağandır.


Teqlər:  





Xəbər lenti