FİFA-da prezident seçkilərinin vaxtı bilindi

FİFA-da prezident seçkilərinin vaxtı bilindi
  10 İyun 2015    Oxunub:1470
Beynəlxalq Futbol Federasiyasına (FİFA) yeni prezident seçkilərinin bu ilin dekabr ayının 16-ı keçirilməsi planlaşdırılır.
Bu barədə AzVision.az `BBC`yə istinadən xəbər verir.

Prezident seçkilərinin keçiriləcəyi tarix barədə yekun qərar iyul ayından tez qəbul edilməyəcək. Lakin FİFA rəhbəri Yozef Blatter üçün ən ideal variant seçkilərin dekabr ayının ortalarında keçirilməsidir.

Qeyd edək ki FİFA prezidenti Yozef Blatter iyunun ikisi istefa verib.

Qeyd edək ki, mayın 29-u beşinci dəfə FİFA prezidenti seçilmişdi. Yenidən FİFA prezidenti seçilən Blatter bu vəzifədə onu hamının dəstəkləmədiyini bildirmişdi.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti