Obamadan baş nazirə qarşı tərbiyəsizlik - VİDEO

Obamadan baş nazirə qarşı tərbiyəsizlik - VİDEO
  10 İyun 2015    Oxunub:23589
G7 sammiti zamanı ABŞ prezidenti Barak Obama İraqın baş naziri Heydər əl-Əbadiyə qarşı böyük hörmətsizlik edib.

`Euronews` kanalının yaydığı videoda görünür ki, ABŞ prezidenti Barak Obama İtaliyanın Baş naziri Matteo Rençi və Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard üçlükdə söhbət edirlər. Bu zaman İraqın baş naziri Heydər əl-Əbadi və onun tərcüməçisi onlara yaxınlaşaraq, Obamanın yanınada əyləşir. Amma Barak Obama onu heç vecinə də almır - sanki belə bir adam heç yoxdur.

Daha sonra Obama, Laqard və Rençi ayağa qalxaraq, söhbətlərini davam etdirir, amma yenə də Heydər əl-Əbadini saya salmırlar. Sözün həqiqi mənasında adam yerinə qoyulmadığını görən Abadi oradan uzaqlaşır.

Daha çox süzerenin vassala münasibətini xatırladan bu səhnə heç bir diplomatik etiketə sığmır. Və göstərir ki, ABŞ hətta müttəfiqlərilə münasibətlərində belə, tərəfdaşlıq yox, ağalıq eləmək istəyir.

AzVision.az




Teqlər:





Xəbər lenti