Rusiyadan tələb: `Ermənilər 7 rayonu qaytarmalıdır`
“Hesab edirəm ki, bu məsələ Azərbaycan və Rusiya prezidentlərinin görüşü zamanı müzakirə ediləcək. Qarabağ münaqişəsi yaxın və orta müddətli perspektivdə həll oluna bilər”, - deyə rusiyalı deputat qeyd edib.
Savelyev vurğulayıb ki, Dağlıq Qarabağ ətrafında işğal olunan torpaqlar Azərbaycana qaytarılmalıdır: “Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağ ətrafında yeddi rayon yaxın perspektivdə Azərbaycana qaytarılmalıdır, ortamüddətli perspektivdə isə bütün qaçqınlar Qarabağ ərazisinə qayıtmalı və bundan sonra legitim referendum keçirilməlidir. Yalnız Azərbaycan vətəndaşlarını qayıtdıqdan sonra Dağlıq Qarabağ statusunun həlli mümkündür”, - deyə deputat vurğulayıb.
Parlamentari, həmçinin qeyd edib ki, Qarabağ de-fakto olaraq Azərbaycanın tərkibinə qayıtmalıdır və Dağlıq Qarabağ münaqişəsinin həllində ilk öncə erməni xalqının özü maraqlıdır.
Qeyd edək ki, Rusiya və Azərbaycan prezidentlərinin görüşü 12-28 iyun Bakıda keçiriləcək Avropa oyunlarının açılış mərasimi çərçivəsində baş tutacaq. Görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcək.
Eldar Tanrıverdiyev
Azvision.az