İŞİD-in çeçen lideri öldü - Video

İŞİD-in çeçen lideri öldü - Video
  10 İyun 2015    Oxunub:1855
İŞİD terror qruplaşmasında partlayıcı qurğuların istehsalına rəhbərlik edən çeçen əsilli lideri Əbu Hişam əş-Şişani Mosulda baş verən partlayış nəticəsində ölüb.
Bu barədə "Rudaw" telekanalı məlumat yayıb.

“İŞİD-in tanınmış əmiri Əbu Hişam əş-Şişani və onun bir neçə silahdaşı yerləşdikləri düşərgədə partlayıcı qurğular istehsal edərkən baş vermiş partlayış nəticəsində ölüblər”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün İŞİD-in daha bir çeçen əsilli lideri Əbu Şamil əş-Şişani İraqın Beyci şəhəri yaxınlığında məhv edilib.
(Apatv)




Teqlər:





Xəbər lenti