Azərbaycan Diplomatik Akademiyasında oxumaq istəyənlərə

Azərbaycan Diplomatik Akademiyasında oxumaq istəyənlərə
  03 İyun 2013    Oxunub:24132
Azərbaycan Diplomatik Akademiyasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
Azərbaycan Diplomatik Akademiyası (ADA) Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli, 488 saylı fərmanı ilə Xarici İşlər Nazirliyinin nəzdində təsis edilib.

Bakalavriat Proqramının Strukturu
İntensiv ingilis dili proqramı

Bu proqram çərçivəsində yazılı və şifahi formalarda ingilis dilindən peşəkarcasına istifadə kimi bacarıqların öyrədilməsi təklif olunur. Həmin proqrama tələbələrin yerləşdirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bakalavriat səviyyəsinə qəbul imtahanlarından sonra aparılır və tələbələrin ingilis dili bilikləri ADA-da yoxlanılır.

İngilis dili səviyyəsi ADA-nın tələblərinə uyğun olan abituriyentlər (ADA imtahanından 60 bal, IBT 75, IELTS 6.0) birbaşa bakalavriat proqramına başlayırlar. Uyğun olmadığı halda, tələbələr İntensiv İngilis Dili Proqramını keçməlidirlər.

Ümumi təhsil

Ümumi təhsil dünyagörüş və bilikləri təkmilləşdirən Sosial elmlər, Humanitar elmlər, Elm və Texnologiya, İncəsənət və Mədəniyyət, Riyaziyyat və Riyazi məntiq, Yazı və Liderlik kimi komponentlərdən ibarətdir.

İxtisas istiqamətində təhsil

Ümimi təhsili bitirdikdən sonra tələbələrə ixtisas istiqamətini müəyyənləşdirmək imkanı verilir. Bu proqram müddətində tələbə seçilmiş ixtisas istiqaməti üzrə geniş praktik və nəzəri biliklər əldə edərlər.

Bakalavriat ixtisasları:
I-ci QRUP

• Kompüter elmləri
• İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi

II-ci QRUP

• Beynəlxalq Münasibətlər
• Biznesin İdarə edilməsi
• İqtisadiyyat

III-cü QRUP

• Dövlət və ictimai Münasibətlər

Ümumi təhsil və İxtisaslaşma proqramları əsas və seçmə fənlərdən ibarətdir və tələbəyə arzuolunan istiqamətdə dərs götürmək üçün geniş imkan yaradılır.

* ADA-nın bakalavriat proqramlarına qəbul TQDK-nın 1, 2 və 3 ixtisas qrupu üzrə, azərbaycan və rus bölməsi üçün birgə aparılır. Abituriyentlər xarici dil seçiminə məhdudiyyət qoyulmur.

* ADA-da bakalavriat səviyyəsində təhsil 4 illikdir və ingilis dilində aparılır.


Tel: (+99412) 437 32 35
(+99412) 437 08 30
Faks: (+99412) 437 32 36

Email: [email protected]
www.ada.edu.az


Teqlər:  





Xəbər lenti