Hollandiya II Avropa Oyunlarından imtina etdi

Hollandiya II Avropa Oyunlarından imtina etdi
  11 İyun 2015    Oxunub:2367
Niderland 2019-cu ildə 2-ci Avropa Oyunlarına ev sahibliyi hüququndan imtina edib.
AzVision.az-ın AzadlıqRadiosuna istinadən məlumatına görə, Hollandiya hökuməti iyunun 10-da bildirib ki, bu oyunların təşkili üçün 57,5 milyon avroluq xərc yerli, əyalət və milli hakimiyyət orqanları üçün həddindən artıq çoxdur.

Hökumət həmçinin 2019-cu ildə üzgüçülük və yüngül atletika üzrə Avropa çempionatını əsas gətirərək eyni vaxta düşən Avropa Oyunlarında aparıcı idmançıların lazımınca təmsil olunacaqlarını şübhə altına qoyur.

Avropa Olimpiya Komitəsinin rəhbəri Patrick Hickey bu qərardan təəssüfləndiyini, amma yenə də oyunlara marağına görə Hollandiya hökumətinə təşəkkür etdiklərini bildirib.

Komitə digər 5 potensial ev sahibi ilə danışıqlar aparılacağını bildirir. Amma həmin ölkələrin adı açıqlanmır.

Qeyd edək ki, bu bəyanat Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının açılışına 2 gün qalmış verilib. Azərbaycanda ilk Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək.


Teqlər:





Xəbər lenti