Putin Papanı bir saat gözlətdi

Putin Papanı bir saat gözlətdi
  11 İyun 2015    Oxunub:2359
Rusiya prezidenti Vladimir Putin Roma Papası Fransisklə görüşə bir saat gecikib.
Bu barədə AzVision.az İtaliyan KİV-nə istinadən xəbər verir.

Putinin görüşə gecikmə səbəbi açıqlanmır. Məlumatda vurğulanır ki, Papa Fransiskin rəsmi katibi Qeorq Qenbayn 17:25-də Rusiya liderini qarşılamağa çıxıb. Lakin Putin görüşə 18:10-da gəlib.

Qeyd edək ki, iyulun 10 Putin Milanda İtaliyanın baş naziri Matteo Renzi ilə görüşüb və “Expo – 2015” sərgisinə qatılıb. Daha sonra isə o, Romaya gedib.

Vladimir Putin və Roma Papasının görüşü bir saatdan çox çəkib. Görüşdə hansı məsələlərin müzakirə edilməsi barədə məlumat verilmir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti