Elmar Qasımova Azərbaycan bayrağı təqdim olunub

Bu, cüdo üzrə 2015-ci ildə keçirilmiş bütün mötəbər yarışlarda qızıl medal qazanmış Elmar Qasımovdur. E.Qasımova Azərbaycan himninin sədaları altında bayraq təqdim olunub. O isə bayrağı Atletlər Kəndinə aparıb.
Qeyd edək ki, Avropa Oyunlarınadək - Yay Olimpiya Oyunlarında bayraqdarımız əsasən Olimpiya çempionları olub. Hətta Olimpiadalarda əvvəlki yarışların qalibinin bu vəzifəni icra etməsinə təsadüf edilib. Barselona-1992-nin qalibi Nazim Hüseynov, Afina-2004-ün çempionu Fərid Mansurov, Pekin-2008-in qızıl mükafatının sahibi Elnur Məmmədli növbəti yarışlarda ölkəmizin bayrağını daşıyıb. Onlardan başqa, Namiq Abdullayev Sidney-2000-də, Nizami Paşayev Afina-2004-də bayraqdarımız olub.
Teqlər: