İŞİD 131 nəfəri edam etdi

İŞİD 131 nəfəri edam etdi
  11 İyun 2015    Oxunub:2046
İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlıları Mosul şəhərində İraq ordusunun 131 sabiq əsgər və zabitini edam edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, islamçılar onları islamçıların yerdəyişməsi və yaraqlıların bazaları haqqında məlumatları koalisiya qüvvələrinə ötürə biləcəklərindən ehtiyatlanaraq edam ediblər.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti