Baş nazirin xanımı Vilayət Quliyevə məktub yazıb
“Biz Azərbaycana səfər etməyə çox can atırdıq. Çünki əvvəllər də ölkənizin mədəni zənginliyi, xalqınızın nəcibliyi və qonaqpərvərliyi haqqında çox oxumuş və eşitmişdik”, – sözləri ilə başlayan məktubda xanım A.Levai daha sonra yazır: “Əlbəttə, işin ən yaxşı tərəfi bütün bu məlumatların təcrübədə sınaqdan keçirilməsidir. İndi Sizə tam səmimiyyətlə deyə bilərəm ki, səyahətimiz zamanı getdiyimiz hər yerdə ölkənizin gözəlliyinin, insanlarınızın qonaqpərvərliyinin gözlədiyimizdən qat-qat artıq olduğuna şahid olduq. Milli mətbəxinizə gəldikdə isə onunla da kifayət qədər yaxından tanışlıq imkanı əldə etdik”.
Səfərin yüksək səviyyədə təşkilində Macarıstandakı Azərbaycan səfirliyinin fəaliyyətini yüksək qiymətləndirən xanım A.Levai yazır: “Fürsətdən istifadə edərək bütünlükdə uğurlu keçən səfərimizin hazırlanmasında göstərdiyiniz xeyirxah yardımlara görə Sizə və bu işdə əməyi olan hər kəsə minnətdarlığımı çatdırıram. İnanıram ki, təəssüratlarımız əsasında “Macar mətbəxi” jurnalının növbəti sayında gözəl, diqqət çəkici materiallar çap olunacaq və mənim üçün onları səfirliyə və xanım Mehriban Əliyevaya göndərmək böyük bir zövq olacaq”.
Məktubun sonunda xanım A.Levai ölkəmizdə olduğu günlərdə böyük diqqət və qonaqpərvərlik gördüyü Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya səmimi təşəkkürlərini çatdırmağı xahiş edir.