“Əkrəm Əylislinin hekayəsinin oxunmağı inandırıcı deyil”

“Əkrəm Əylislinin hekayəsinin oxunmağı inandırıcı deyil”
  19 Fevral 2013    Oxunub:1624
Təhsil Nazirliyindən yazıçının əsərlərinin dərslikdə saxlanılmasının qəbahət olduğu bildirilib.
“Dərslik yenidən çap olununda Əkrəm Əylisliyə ayrılmış əsər çıxarılacaq. Hesab edirəm ki, onu saxlamaq böyük qəbahət olardı və bu yazıçının dərslikdə saxlanılmağa da haqqı yoxdur”.

Bunu 9-cu sinif Azərbaycan ədəbiyyatı dərsliyindən Əkrəm Əylislinin “Ürək yaman şeydir” hekayəsinin çıxarılması ilə bağlı Səbail rayonundakı Milli Qəhrəman Eldar Məmmədov adına 189 №-li məktəbin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin qaldırdığı təklifə Təhsil Nazirliyi Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı münasibət bildirərkən deyib. Modern.az bildirir ki, onun sözlərinə görə, dərslik yazılarkən Əkrəm Əylisli xalq yazıçısı idi və müəyyən titulları var idi: “O zaman biz bilmirdik ki, onun sonrakı addımları tədris prosesində problemlər yarada bilər”.

Qeyd edək ki, hekayənin dərslikdən çıxarılmasına səbəb kimi bu gün 9-cu sinif şagirdləri tərəfindən oxunacağının inandırıcı olması göstərilir.


Teqlər:





Xəbər lenti