Türkmənistan prezidenti də gəldi

Türkmənistan prezidenti də gəldi
  12 İyun 2015    Oxunub:3045
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentini Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşıladılar.

***

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu gün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasiminə qatılacaq.

Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.
Açılış mərasimi ilə qatılan Berdiməhəmmədov Bakıda həmçinin bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Qeyd edək ki, yeni inşa edilmiş Olimpiya Stadionu 12 iyun tarixində Azərbaycan sehri və bənzərsiz istedadı ilə dolub daşan yeganə Açılış Mərasiminə ev sahibliyi edəcək. Bu tədbir üçün bilet əldə edən şanslı insanlarla yanaşı dünyanın idman azarkeşləri də Oyunların başlaması müjdəsini vermək üçün ölkənin mədəniyyət və ruhunun güclü şəkildə nümayişinə şahid olacaqlar.

17 günlük yarışda qitənin ən yaxşı idmançıları 20 idman növü üzrə mübarizə aparacaqlar. Onlar sadəcə ilk Avropa Oyunlarının medalına sahib olmayacaqlar, eyni zamanda 12 idman növü üzrə Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.

Bakı 2015-in Məşəli ölkənin 60 bölgəsini səyahət etdikdən sonra idmanın birləşdirici ruhunu və gücünü yenidən gözlər önünə gətirib. Azərbaycanın Prezidenti İlham Əliyevin qədim Atəşgah məbədində yandırdığı məşəl 48 gün dayanmadan xalqın ən sevimli idman qəhrəmanları və mədəniyyət xadimləri tərəfindən səyahət etdirilib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti