Almaniya həmsədrlikdən imtina etdi

Almaniya həmsədrlikdən imtina etdi
  12 İyun 2015    Oxunub:2657
Almaniyanın Ermənistandakı səfiri Rayner Morrel erməni KİV-nə müsahibəsində bildirib ki, ölkəsi ATƏT-in Minsk qrupunun həmsədri olmayacaq.
Bu barədə AzVision.az “1in.am” saytına istinadən xəbər verir.

“Almaniya Avropa İttifaqı (Aİ) çərçivəsində ATƏT-in Minsk qrupuna yardım edir, lakin ölkə Minsk qrupunun həmsədri olmaq istəmir”, - deyə alman səfir bildirib.

Qeyd edək ki, ötən gün amerikalı həmsədr Ceyms Uorlik jurnalistlərə açıqlamasında Minsk qrupunun tərkibinin genişləndirilməsi ilə bağlı təklifə münasibət bildirib: “Biz bu formatda işləməyi davam etdirəcəyik. Əgər münaqişə tərəfləri mövcud formatı dəyişməklə bağlı təklif irəli sürsələr biz onların qərarını dəstəkləyəcəyik. Lakin biz hələlik ATƏT-in Minsk qrupu formatında işimizi davam etdiririk”.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti