`Twitter`də 140 işarə limiti ləğv olunacaq
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, şirkətin icraçı direktoru Dik Kostolo iyulun 1-də vəzifəsindən ayrılacaq.
Şirkətdən Kostolonun idarə heyətinin üzvü olaraq vəzifəyə davam edəcəyi bildirilib.
“Twitter”in İdarə heyətinin başçısı Cek Dorsinin müvəqqəti baş icra məmuru olaraq çalışacağı da məlum olub.
2009-cu ildə təsisi edilən mikro blogger səhifəsi “Tvitter”, son 6 ildə milyonlarca istifadəçisi olan sosial şəbəkəyə çevrilib.
Şirkət rəhbərliyində edilən dəyişikliklərlə yanaşı mesajlarındakı 140 işarəlik limit də aradan qaldırılacaq.
Gültəkin Ələsgər