Bekhem Qay Riçinin yeni filmində çəkiləcək

Bekhem Qay Riçinin yeni filmində çəkiləcək
  12 İyun 2015    Oxunub:1576
Futbol üzrə İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem rejissor Qay Riçinin kral Artur və Dəyirmi masanın rıtsarları haqqında filmdə çəkilmək barədə razılıq verib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, yeni film 2016-cı ildə kinoteatrda nümayiş ediləcək.

Bekhem filmdə ikinci dərəcəli rolu ifa edəcək və klassik səhnədə - insanların `Ekskalibur” qılıncının daşdan çıxarılması epizodunda rol alacaq.

Qeyd edək ki, bu rejissor Riçi ilə sabiq futbolçu arasında ilk iş birliyi olmayacaq. 2013-cü ildə Riçi Bekhemin iştirakı ilə reklam roliki çəkmişdi.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti