MTN erməni məmuru həbs etdi

MTN erməni məmuru həbs etdi
  12 İyun 2015    Oxunub:13026
Ermənistan Baş prokurorunun böyük köməkçisi Tiqran Heçoyan bu ölkənin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.
Bu barədə AzVision.az Ermənistanın “Qraparak” qəzetinə istinadən xəbər verir.

Qeyd edək ki, Tiqran Heçoyan ötən gün axşam saatlarında gözlənilmədən tutduğu vəzifədən kənarlaşdırlıb. Heçoyan Ermənistanın Baş prokuroru Qevorq Kostanyanın qrup yoldaşı olub. Onun hansı səbəbə görə həbs olunması barədə məlumat verilmir.

Hazırda Ermənistan hüquq-mühafizə orqanları əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti