Ronaldo İrəvanda saxlanıldı

Ronaldo İrəvanda saxlanıldı
  13 İyun 2015    Oxunub:3093
Səbri tükənən futbolçu şüşəyə vuraraq etiraz edib.
İrəvanda Portuqaliya yığma futbol komandasının hücumçusu Kriştiano Ronaldonu saxlayıblar.

Futbolçu sənədlər yoxlanılan zaman digər komanda yoldaşlarından daha çox gözlədilib. Yoxlamanın uzandığını görən futbolçunun səbri tükənib və o, barmağı ilə şüşəyə vurmağa başlayıb.

Aydın olub ki, problem işləməyən kompyüterdə olub. Bundan sonra o, digər terminala yaxınlaşıb. Burada Ronaldonun bütün sənədlərini qısa müddətdə yoxlayıblar.

Amma baş verən anlaşılmazlığa görə, məşhur futbolçu Protuqaliya yığmasının mindiyi avtobusa ən sonda yaxınlaşıb. (Ans)


Teqlər:





Xəbər lenti