Kral bacısının titulunu əlindən aldı

Kral bacısının titulunu əlindən aldı
  13 İyun 2015    Oxunub:1624
İspaniya taxt-tacının varisləri sırasında altıncı olan şahzadə Kristina öz böyük qardaşı, Kral VI Filip tərəfindən Palma-de-Malyorka hersoginyası titulundan məhrum edilib.
Kristina və onun həyat yoldaşı İnyaki Urdanqarin böyük həcmli maliyyə fırıldaqlarında ittiham olunurlar. Belə ki, kral ailəsinin kürəkəni idman tədbirlərinin təşkili adı altında büdcədən ayrılan altı milyon avronun mənimsənilməsində şübhəli bilinir. İspan cəmiyyəti şahzadə Kristinanın da öz həyat yoldaşının fırıldaqlarına ortaq olduğunu iddia edir.

Bir il əvvəl taxta çıxakən VI Filip korrupsiyanı tənqid etmiş və qanun qarşısında hamının bərabər olduğunu demişdi.

Qeyd edək ki, korrupsiya qalmaqalı artıq 2 ildir davam edir. Bu, İspaniyanın monarxiya tarixində ilk dəfə kral ailəsi üzvünün məhkəmə qarşısında cavab verməsinə gətirib çıxarıb. (Azərtac)


Teqlər:





Xəbər lenti