ABŞ bütün dünyada vizanı dayandırdı
“Bu hər hansı bir konkret ölkə, vətəndaşlıq haqqında sənədə və ya viza kateqoriyasına aid deyil”, - deyə Dövlət Departamentinin yaydığı məlumatda bildirilir.
Məlumata əsasən hadisəyə səbəb konsulların baza məlumatlarını saxlayan avadanlıqda problemin olmasıdır. ABŞ səfirliyinə iyunun 9-dan sonra sənəd verən vətəndaşlar böyük ehtimalla bu problemlə qarşılacaqlar.
“Biz bu problemi həll etməyə cəhd edirik və sistemin tezliklə həll ediləcəyini gözləyirik”, - deyə mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Eldar Tanrıverdiyev
Azvision.az