Karate yarışlarından Canlı yayım

Karate yarışlarından Canlı yayım
  13 İyun 2015    Oxunub:3031
Bu gün Bakıda I Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında karate üzrə yarışlar start götürüb.
AzVision.az-ın məlumatına görə, karatenin kumite növü üzrə 6 dəst medal - 3-ü 60, 67 və 75 kiloqrama qədər çəki dərəcələri üzrə kişilər və 50, 55 və 61 kiloqrama qədər çəki dərəcələri üzrə qadınlar arasında oynanılacaq.

Azərbaycanı Firdovsi Fərzəliyev (60 kiloqrama qədər), Niyazi Əliyev (67 kiloqrama qədər), Rafael Ağayev (75 kiloqrama qədər), Nuranə Əliyeva (50 kiloqram), İlahə Qasımova (55 kiloqram) və Fəridə Əbiyeva (61 kiloqrama qədər) təmsil edəcək.

Qeyd edək ki, bütün Yarışlar “Crystal Hall”-da keçiriləcək.



AzVision.az


Teqlər:  





Xəbər lenti