İki karateçimiz finalda - Yenilənib

İki karateçimiz finalda - Yenilənib
  13 İyun 2015    Oxunub:2682
"Bakı 2015" I Avropa Oyunlarında mübarizəyə başlayan Azərbaycan karateçilərindən 4-ü yarımfinala yüksəlib.

AzVision.az-ın məlumatına görə, kumite döyüşlərində finala vəsiqə uğrunda Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq) və İlahə Qasımova (55 kq) yarışacaq.

Qadınlar arasında kumite yarışında 60 kq-da mübarizə aparan Nuranə Əliyevə yer aldığı A qrupunu sonuncu başa vurub. O, avstriyalı Bettina Blankaya 0:1, Türkiyə idmançısı Serap Özçelikə 0:6 və xorvatiyalı Monika Beruleçə 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

61 kq çəki dərəcəsində mübarizəyə qoşulan Fəridə Abıyeva da uğursuzluqla üzləşib. O, Slovakiya idmançısı İnqrida Suçankova ilə görüşdən sülhlə ayrılıb - 2:2. Amma sonrakı görüşlərində o, xorvatiyalı Ana Lenarda 0:6, türkiyəli Merve Çobana 1:2 hesabı ilə uduzaraq qrupda sonuncu olub və növbəti mərhələyə yüksələ bilməyib.

**

60 kq çəkidə tatamiyə çıxan Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin növbəti görüşdə rəqibi italiyalı Luka Mareska olub. Karateçimiz bu dəfə də inamlı təsir bağışlayıb və qalib gəlməkdə çətinlik çəkməyib - 4:2. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeş döyüşüb.

Üçüncü görüşündə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb. O, finala gedən yolda digər qrupun ikincisi moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə də görüşdən qalib ayrılıb. O, 2:4 hesabı ilə geridə olsa da, sonda təmiz qələbə qazanıb.

Karateçimiz finalda qrup mərhələsində məğlub etdiyi Mareska ilə görüşəcək.

Yığmamızın lideri Rafael Ağayev də bu gün mübarizəyə qoşulub. Dünya və Avropa çempionumuz debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn titullu idmançımız ikinci qarşılaşmasında gözlənilmədən Erman Eltemura (Türkiyə) uduzub - 3:5. Buna baxmayaraq, qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirən Ağayev 3:1 hesabı ilə məğlub edərək, qrup səddini adlayıb.

Rafael yarımfinalda almaniyalı Noa Bitşlə qarşılaşacaq.

Qadınlar arasında 55 kq çəki dərəcəsində İlahə Qasımova birinci döyüşdə lüksemburqlu Cenni Varlinqə qalib gəlib 4:0 . İkinci görüşündə isə xanım döyüşçümüz türkiyəli Tuba Yakanı minimal hesabı udub – 1:0. Yarımfinalda isə Qasımova xorvatiyalı Yelena Kovaçeviçdən üstün olub. İdmançımız yenə də 1:0-lıq qələbəyə sevinib.

İlahə Qasımova yarımfinalda fransalı Emilya Tuoyla qüvvəsini sınayıb. Görüş idmançımız üçün uğursuz alınıb və 6:1 hesabı ilə qalib gələn rəqib finala yüksəlib. Qasımova bürünc uğrunda ispaniyalı Kristina Ferrer Qarsiya ilə döyüşəcək.

***

75 kq çərçivəsində Rəafael Ağayev Almaniyadan olan idmançını minimal hesabla 1:0 udmaqla finala vəsiqə qazanıb.


Teqlər:  





Xəbər lenti