`Çox sevinirəm ki, düşmənimizi məğlub etdim`

59 kq çəki dərəcəsində çıxış edən güləşçi bildirib ki, heç vaxt Amoyana uduzacağını ağlına gətirməyib. Baxmayaraq ki, rəqibi son olimpiadaların qalibi olub. Muxtarov Amoyanı dəfələrlə məğlub etmiş Azərbaycanın digər yunan-Roma güləşçisi Rövşən Bayramovun da tövsiyələrindən yararlandığını açıqlayıb.
O, yarımfinalda məğlubiyyətini isə norveçli Stiq Andre Berqlə 1/4 final qarşılaşmasında çox yorulması ilə əlaqələndirib.
Teqlər: