`Azərbaycanlılar çox güclüdür...” - Erməni güləşçi

`Azərbaycanlılar çox güclüdür...” - Erməni güləşçi
  14 İyun 2015    Oxunub:4721
Bakıda start götürmüş I Avropa Yay Oyunlarının ilk iki günü ölkəmiz üçün kifayət qədər uğurlu oldu. Yığmamız artıq 6 medal qazanıb ki, onun da üçü qızıldır. Rusiya da geri qalmır. Şimal qonşumuza ilk qızılı isə erməni əsilli güləşçi Stepan Maranyan qazandırıb. O, 59 kq-lıq çəki dərəcəsində yunan-Roma güləşi üzrə birinci olub.

Musavat.com Rusiya qaynağına istinadən xəbər verir ki, erməni güləşçi Bakı ilə bağlı təəssüratlarını bölüşüb: “Mənə evdə anam, xanımım, bütün bacılarım və qardaşlarım azarkeşlik edir. Təsəvvür edirəm, indi evdə nələr baş verir. İlk Avropa Oyunlarında güləşə münasibət mənim ürəyimcədir. Burada güləşi sevirlər. Azərbaycan güləşçiləri çox güclüdür. Onlar bu il komanda hesabı ilə dünya kubokunu alıblar. Belə demək olar ki, onlar bizim əsas rəqibimizdir”.

“Zalın işıqlandırılması güclüdür. Güləş üçün zal sadəcə, çox böyükdür” – qeyd edib. Güləşçi olimpiya kəndindən kənara çıxmadıqlarını söyləyib. “Ancaq zala gedəndə və geri qayıdanda – çox gözəldir”.



Teqlər:  





Xəbər lenti