Ledi Qaqa Bakıda bu oteldə qalıb – Eksklüziv (FOTOLAR)

Ledi Qaqa Bakıda bu oteldə qalıb – Eksklüziv (FOTOLAR)
  15 İyun 2015    Oxunub:60122
Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələn pop musiqisinin superstarı Ledi Qaqa paytaxın ən dəbdəbəli və məşhur “JW Marriott Absheron Baku” otelində gecələyib.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Ledi Qaqa “JW Marriott Absheron Baku” otelində 3 gün qalıb.

Dünya şöhrətli müğənni otelin ən bahalı və lüks “Deluxe sea view” adlı nömrəsini sifariş edib.

Ledi Qaqa oteldə qaldığı müddətdə bir sıra xidmətlərdən istifadə edib.

Qonağın qaldığı geniş otaqda kondisoner sistemi, düz ekranlı televizor, noutbook, iPod, iş stolu, rahat yataq və möhtəşəm vanna otağı var.

Ledi Qaq “Firework” restoranında nahar edib. Müğənniyə “Oro NER” restoranında italyan yeməkləri və nəfis şərab təqdim olunub. “Razzmatazz” və “Zest” kafesində qonaq üçün müxtəlif çeşidli içkilər və qəlyanltı hazırlanıb.

Ledi qaqa otelin Xəzər dənizinə baxan bağlı üzgüçülük hovuzudan da istifadə edib.
Otel işçilərinin bildirdiyinə görə, Ledi Qaqa yüksək xidmətdən razı qaldığını söyləyib.

Qeyd edək ki, Ledi Qaqa iyunun 12-də Bakıda keçirilən I Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Müğənni piano arxasında “Imagine” adlı məşhur mahnısını ifa edib.

Bakı səfəri ilə bağlı təəssüratlarını bölüşən ulduz müğənni açılış mərasiminin möhtəşəm olduğunu bildirib: “Tamaşaçılarla çox gözəl vaxt keçirdim. Sanki biz mənim yataq otağımda mahnılar oxuyur və həyatın daha sadə olmasını xəyal edirdik”.














Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti