Janna Friske dünyasını dəyişdi

Janna Friske dünyasını dəyişdi
  16 İyun 2015    Oxunub:3458
Tanınmış rusiyalı müğənni Janna Friske vəfat edib.
AzVision.az xəbər verir ki, müğənninin ölüm xəbərini ailəsi də təsdiqləyib.

Qeyd edək ki, Janna Friske 2013-cü ildən beyin xərçəngi ilə mübarizə aparırdı. Bir müddət əvvəl onun həyat yoldaşı Dmitri Şepelyov ilə onkoloji xəstələrə yardım fondu yaratmaq niyyətində olduqları barədə məlumat yayılmışdı.

Müğənni 1996-cı ildə “Blestyaşie” qrupuna qoşulduqdan sonra məşhurlaşıb. 2003-cü ildə uğurlu solo karyerasına başlayan Janna Friske bir neçə filmdə də çəkilib. 2013-cü ildə onun Platon adlı oğlu dünyaya gəlib.



AzVision.az


Teqlər:  





Xəbər lenti