`Əl Qaidə` lideri öldürüldü

`Əl Qaidə` lideri öldürüldü
  16 İyun 2015    Oxunub:1480
“Əl-Qaidə” terror təşkilatının Ərəbistandakı lideri Nasir al- Vaxişi öldürülüb.
AzVision.az “CNN”ə istinadən xəbər verir ki, terror təşkilatının lideri pilotsuz təyyarənin endirdiyi aviazərbələri nəticəsində öldürülüb.

“Əl-Qaidə”nin nüfuzlu üzvləri onun ölümünü təsdiqləyərək “Twitter”də əl-Vahişinin şəhid olduğunu yazıblar. Onun yerinə təşkilatın Ərəbistan qoluna Abu Hureira əl-Sənani adı ilə məşhur olan Qasm əl Rimi rəhbərlik edəcək.

Qeyd edək ki, əl-Vahişi 2009-cui ildə “Əl-Qaidə”nin Ərəbistan qoluna rəhbərlik etməyə başlayıb. Bundan üç il əvvəl isə o, Yəmən türməsindən qaçıb. O, həmçinin `Əl Qaidə`nin rəhbəri Usama bin Ladeninin şəxsi katibi olub.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti