Ledi Qaqanın Bakı səfəri ilə bağlı iddia

Ledi Qaqanın Bakı səfəri ilə bağlı iddia
  16 İyun 2015    Oxunub:7464
Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələn dünya ulduzu Ledi Qaqanın bu səfərə görə 2 milyon dollar qonorar aldığı iddia edilir.

AzVision.az-ın məlumatına görə, bu barədə Toby Keel adlı jurnalist “eurosport” saytında yazdığı köşə yazısında qeyd edib.

Jurnalist bildirib ki, Ledi Qaqa Bakıda səhnəyə çıxması üçün 2 milyon dollar pul alıb.

“Ledi Qaqa bu pullarla çox zəngin ola bilər. O, cəmi 10 dəqiqə səhnədə qalıb. Və bu qədər yüksək məbləğdə pulun sahibi olub”,-deyə jurnalist vurğulayıb.

Ledi Qaqanın Bakıda verdiyi konsertə görə aldığı vəsaitin həcmi rəsmi şəkildə açıqlanmayıb.

Gənclər və idman naziri Azad Rəhimov mətbuata verdiyi açıqlamada bildirib ki, Avropa Oyunlarının açılış mərasiminin təşkili üçün ümumilikdə 100 milyon manatdan çox vəsait xərclənib.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti