“3-4 medal gözləyirdik” – İdmançı-deputat

“3-4 medal gözləyirdik” – İdmançı-deputat
  16 İyun 2015    Oxunub:3288
“Karatedə idmançılarımızın uğur qazanacağını əvvəlcədən qeyd etmişdi. Amma bu qədər böyük qələbələr qazanmaq bizi daha da sevindirdi. İdmanda proqnoz vermək çətindir. Biz üç-dörd medal qazanacağımıza ümid edirdik”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev deyib.

Onun sözlərinə görə, idmançılar ümidlərimizi doğrultdu: “Məlum olduğu kimi 4 qızıl və 2 bürünc medal əldə etdik. Beş oğlan və elə o sayda da qız idmançı ilə yarışa qatılmışdıq. Ümumiyyətlə 10 nəfərdən 6 medal əldə etmək çox yükəsək nəticədir. Bildiyimiz kimi I Avropa Oyunları ilə bağlı Azərbaycan tarix yazdı. Karateçilərimiz də tarix yazanlardan oldular. Həm də ona görə ki, I Avropa Oyunlarının ilk medalı karatedən gəldi. Belə ki, İlahə Qasımova bürüncü medal qazandı. Onun ardınca ölkəmizin ilk qızıl medalını da karateçimiz Firdovsi Fərzəliyev qazandı. Medalların karate yarışlarında qazanılması bizi daha da sevindirir. Çünki bu ölkə başçımızın böyük xidmətlərinin və bizim zəhmətimizin nəticəsidir”.

Ü.Quliyev bildirib ki, bu bayramı ölkə başçısı bizə bəxş etdi: “Biz ölkə başçısının bizə bəxş etdiyi bayramda ümidləri doğrultduq. Cənab prezidentə təşəkkür edirəm ki, xüsusilə karate yarışlarında iştirak etdi, qalib idmançılarımızı mükafatlandırdı. Həmçinin Mehriban xanım Əliyeva da idmançılarımızın mükafatlandırılmasında iştirak etdi. Bu gələcəkdə idmanın, həmçinin karatenin inkişafına böyük töhvələrini vermiş olacaq. Digər idman növlərində yarışan idmançılarımızı da qələbələrinə görə təbrik edirik. Bütün idmançıların əldə etdikləri medalların sayına görə ilk sırada qərarlaşmışıq. Bu uğuru qoruyub saxlamaq üçün yarışacaq digər idmançılarımıza da uğurlar arzu edirəm”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti