Sarkisyan qondarma `nazir`ə vəzifə verdi

Sarkisyan qondarma `nazir`ə vəzifə verdi
  16 İyun 2015    Oxunub:1912
Ermənistan prezidenti Serj Sarkisyan ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Leva Mnaçakanyanın vəzifəsindən azad olunması barədə sərəncam imzalayıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, prezidentin digər sərəncamı ilə bu vəzifəyə general-leytenant Movses Akopyan Mnaçkanyan gətirilib.

Qeyd edək ki, Movses Akopyan buna qədər qondarma “Dağlıq Qarabağ Respublikası”nın müdafiə naziri olub.

Daha əvvəl Ermənistan mətbuatında yayılan məlumatlarda Leva Mnaçakanyan “Dağlıq Qarabağ Respublikası”nın müdafiə naziri postuna gətiriləcəyi bildirilirdi. Onun yerinə təyin olunan Movses Akopyanın isə 2017-ci ildən sonra Ermənistan Silahlı Qüvvələrinin Baş Qərərgah rəisi postuna gətiriləcəyi bildirilir.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti