Medal qazanan idmançılarımız mükafatlandırıldı - Fotolar

Medal qazanan idmançılarımız mükafatlandırıldı - Fotolar
  16 İyun 2015    Oxunub:2993
Bu gün I Avropa Oyunlarının Azərbaycandan olan mükafatçıları ilə ənənəvi görüş keçirilib.
AzVision.az-ın məlumatına görə, Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında baş tutan görüşdə MOK-un vitse-prezidenti Xəzər İsayev və Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak edib.

MOK rəsmiləri qızıl mükafatçı Mariya Stadnik (qadın güləşi, 48 kq), bürünc mükafatçılar Natalya Sinişin (qadın güləşi, 55 kq) və idman gimnastikası üzrə millimizin üzvlərini (Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərov) mükafatlandırıblar.

Azərbaycanın kişilərdən idman gimnastikası yığmamızın nümayəndəsi Eldar Səfərov deyib ki, gələn yarışlarda bundan da yaxşı nəticələr əldə edəcəklər: `Azarkeşlərə də təşəkkür edirik. Çünki onlar bizə güclü dəstək oldu. Azərbaycan xalqına, dövlət başçısına və Federasiyamıza təşəkkür edirəm`.

Güləş üzrə qızıl medalçımız Mariya Stadnik isə ona dəstək olan hərkəsə təşəkkür edib. `Azərbaycana qızıl medal qazandırdığım üçün çox xoşbəxtəm`.

Qalereya




Teqlər:  





Xəbər lenti