Almaniyada Azərbaycan bayrağı aksiyası
Soydaşlarımız bu aksiya ilə son günlər Avropa parlamentarilərinin, ümumiyyətlə, Avropa siyasətçiləri və mediasının I Avropa Oyunları ilə əlaqədar Azərbaycana qarşı qərəzli mövqeyinə öz etirazlarını bildirir, eyni zamanda, Bakı 2015 ilk Avropa Oyunlarına dəstək nümayiş etdirirlər.
Xatırladaq ki, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar ölkəmizə qarşı bəzi qərb kütləvi informasiya vasitələrində qarayaxma kampaniyası aparılır. Erməni diasporunun təsiri altında birləşən antiazərbaycan qüvvələri hətta Avropa Oyunlarını boykot etməyə çağırışlar edirdilər. Lakin Azərbaycanda oduğu kimi, xaricdə də, o cümlədən Almaniyada yaşayan soydaşlarımızın da mübarizəsi sayəsində bəzi dairələr öz məqsədlərinə nail ola bilmədi.