Çempion türklə bağlı ilginc xəbər

Çempion türklə bağlı ilginc xəbər
  16 İyun 2015    Oxunub:4855
Bakı 2015 Avropa Oyunlarından qızıl medal qazanan türkiyəli yunan-roma güləşçisi Rza Kayaalp ölkəsində onu məyus edən xəbər alıb.
AzVision.azTürkiyə KİV-nə istinadən xəbər verir ki, güləşçiyə çəkisinin normalara uyğun olmadığı üçün əsgərliyə yararlı hesab edilmədiyi deyilib. Bədən Tərbiyəsi və İdman Universitetindən ötən il məzun olan Kayaalp isə eşitdiyi xəbərdən sarsıldığını deyib:

“Babam əsgərliyə getməyimi istədi. Mən də ona söz verdim. Çünki onun babaları Mersində, Çanakkakada şəhid olublar. Mən də əsgərliyə gedəcəyimə dair 92 yaşlı babama söz verdim. Mənə “hərbi xidmətə yaramırsan” dedilər. Mən də “10 əsgərə bərabərəm” dedim. Mən bu prosedura tabe olmaq istəmirəm. Ölkəsi üçün bir şey etməyə çalışan hər vətən övladı kimi mən də əsgər getmək istəyirəm. Nə olursa olsun bunu qəbul etməyəcəm”.

AzVision.az


Teqlər:  





Xəbər lenti